Növbə Xankəndi “mer”inə çatıb- VİDEO

Növbə Xankəndi “mer”inə çatıb- VİDEO

Hüquq müdafiəçisi Ruben Melikyan separatçı rejimin bir zamanlar Xankəndinə “mer” təyin etdiyi David Sarkisyanın könüllü olaraq İrəvanda polis şöbəsində göründüyü barədə video yayımlayıb.

“Cebhe.info” xəbər verir ki, o, sosial şəbəkə hesabında yazıb.

“Biz Ərəbkir polis binası ilə üzbəüz yerləşirik. Səhər saat 08:00-da polis Xankəndi “mer”inin həbsi barədə qərar çıxarıb. Xəbərdarlıqdan dərhal sonra “mer” könüllü olaraq ora gəlib”, - deyə o qeyd edib.

Öz növbəsində, vəkil Roman Yeritsyan bildirib ki, David Sarkisyan gizlədəcək heç nəyi olmadığı üçün könüllü olaraq polisə gəlib. 

Qeyd edək ki, bir gün əvvəl David Sarkisyanın evində axtarış aparılıb. Ermənistan İstintaq Komitəsinin məlumatına görə, o, dələduzluqda ittiham olunur. Dünən də analoji ittihamla Əsgəranın65 yaşlı  “bələdiyyə sədri” saxlanılıb. Əsgəran "bələdiyyəsinin sədri" barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Onların arxiyepiskop Baqrat Qalstanyanla görüşdə iştirak etdiyi deyilir.

Xəzər
“Cebhe.info”