PKK-nın daha 4 üzvü zərərsizləşdirilib

PKK-nın daha 4 üzvü zərərsizləşdirilib

İraqın şimalında "Pəncə-Kilid" əməliyyatı bölgəsində separatçı terror təşkilatı PKK üzvü olan 3, Hakurk bölgəsində isə 1 terrorçu zərərsizləşdirilib.

“Cebhe.info” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"Terrora qarşı mübarizəmiz təsirli və qətiyyətlə davam edir! Qəhrəman Türkiye Silahlı Qüvvələrimiz İraqın şimalında "Pəncə-Kilid" əməliyyatı bölgəsində 3, Hakurk bölgəsində isə 1 PKK terrorçusunu zərərsizləşdirib"  - nazirliyin mətbuat xidməti qeyd edib.

Həsən Məmmədov
“Cebhe.info”