Rusiya Belqoroda hücumu 17 yaşlı uşağın boynuna qoydu

Rusiya Belqoroda hücumu 17 yaşlı uşağın boynuna qoydu

Belqoroda hücumları 17 yaşlı yeniyetmə koordinasiya edib.

Cebhe.info xəbər verir ki, bu barədə “Mash” “Telegram” kanalında məlumat yayılıb.

Məlumata görə, yeniyetmə “Krutoy Loq” keçid məntəqəsində saxlanılıb. Axtarış zamanı onun telefonunda hərbçilərin və hüquq-mühafizə orqanlarının əməkdaşlarının fotoşəkilləri, habelə şübhəli yazışmalar aşkar edilib.

“Yeniyetmənin smartfonunda Rusiya hərbçilərinin koordinatları və Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri ilə yazışmalar olub. 17 yaşlı rusiyalı saxlanılıb, onun qohumları və dostları dindirilir”,-deyə məlumatda bildirilir.

Qeyd olunub ki, ukraynalılar bir neçə dəfə Belqorod vilayətinə girməyə cəhd ediblər. Mayın 22-dən mayın 23-dək bölgədə əks-terror əməliyyatı rejimi qüvvədə olub. Müdafiə Nazirliyi qrup üzvlərinin cəhdinin qarşısının alındığını açıqlayıb:

“İyunun 1-də ukraynalılar Şebekinoya hücuma cəhd ediblər. Hücumda 70 nəfər və beş tank iştirak edib. Sərhəddə yerləşən Şebekino avtomobil buraxılış məntəqəsi, eləcə də Novaya Tavoljanka kəndinin yaşayış məntəqələri intensiv artilleriya atəşinə tutulub”.

İyunun 4-də Ukraynanın kəşfiyyat qrupu Belqorod vilayətinin Novaya Tavoljankaya kəndinə hücum edib. Daha sonra Müdafiə Nazirliyi bildirib ki, dövlət sərhəd mühafizə bölmələri Ukrayna silahlılarının yaşayış məntəqəsi ərazisində çayı keçmək cəhdinin qarşısını alıb.

Xəzər
Cebhe.info