Venesiyaya gündəlik girişlər pullu olub

Venesiyaya gündəlik girişlər pullu olub

Venesiyaya bir günlük səfərə gələn turistlər aprelin 25-dən etibarən şəhərə daxil olmaq üçün beş avroluq giriş haqqı ödəyirlər.

"Cebhe.info" İtaliyanın “Corriere della sera” qəzetinə istinadən xəbər verir ki, aprelin 25-dən mayın 2-dək şəhərə gündəlik 144 min 645 turist gəlib. Beləliklə, Venesiya şəhəri 723 min 225 avro qazanc əldə edib.

Məhz giriş haqqının yığıldığı ilk 8 gün ərzində əldə edilən gəlirin 7 ayda gözlənilən qazanc səviyyəsinə bərabər olduğu bildirilirkən, bu vəziyyətin bələdiyyə rəhbərliyinin gözləntilərinin üstündə olduğu qeyd edilib.

Qeyd edək ki, Venesiya dünyanın ən çox ziyarət edilən şəhərlərindən biridir.

Nigar Hacılı
"Cebhe.info"