"Instagram"a yeni funksiya əlavə olunacaq

"Instagram"a yeni funksiya əlavə olunacaq

İstifadəçi sayı ilə digər platformalarla rəqabətdə olan "Instagram" davamlı olaraq yeni özəlliklər təqdim edir.

Cebhe.info xəbər verir ki, bundan sonra sosial platformada hekayələr paylaşılan an onu birbaşa seçilmişlər bölməsinə əlavə etmək olacaq.

Bu barədə texnoloji təhlilləri ilə tanınan Alessandro Paluzzi özünün tvitter hesabında yazıb.

Məlumata görə, ötən günlərdə istifadəçinin bioqrafiyasına cavab vermək funksiyası üzərində iş aparılıb. Bundan başqa, platformada doğum günlərinin qeydi ilə bağlı yeni funksiya üzərində iş gedir.

Günay Şahmar
Cebhe.info