Bu yollarda TIXAC var

Bu yollarda TIXAC var

Bakının bir sıra küçə və prospektində sıxlıq müşahidə olunur.

Bu barədə "Cebhe.info" Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) Mətbuat xidmətindən məlumat verilib.

Hal - hazırda yollardakı vəziyyət: 

1. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

2. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;

3. Tbilisi prospekti, hər iki istiqamətdə;

4. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;  

5. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından Azneft dairəsi istiqamətində;

6. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində;

7. Bakı-Sumqayıt şosesi, Xırdalan dairəsi istiqamətində;

8. Ziya Bünyadov prospekti, hər iki istiqamətdə;

9. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

10. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq müşahidə olunur.

"Cebhe.info"