Messinin 45-ci titulu təmtəraqla qeyd edildi - FOTO

Messinin 45-ci titulu təmtəraqla qeyd edildi - FOTO

"İnter Mayami"nin rəhbərliyi öz kapitanı Lionel Messinin futbolda qazandığı 45-ci titulunun şərəfinə mərasim təşkil edib.

Bu barədə “Championat” məlumat yayıb.

Bildirilib ki, mərasim ev matçı öncəsi Fort Lauderdeyldəki DVR Stadionunda baş tutub. 

Belə ki, Messi matçdan əvvəl stadiona çıxarkən meydançanın orta dairəsində 45 rəqəmi əks edilib. Onun ətrafında isə 45 uşağın hər birinin əlində Lionun qazandığı titullar təsvir olunub.

Xatırladaq ki, Messi karyerasında 45-ci titulunu Amerika Kubokunda qazanaraq tarixin ən titullu futbolçusu adına sahib olub./qafqazinfo.az