Banklar pullarla bağlı qərarını açıqlayıb

Banklar pullarla bağlı qərarını açıqlayıb

Dünyanın dövriyyəli pul vəsaitlərinin sahibləri hesab olunan banklar bu il üçün pul siyasətini müəyyənləşdirib.

“Cebhe.info” xəbər verir ki, ilin əvvəlində uçot dərəcələrini elan edən banklar aşağıdakı göstəriciləri elan edib.

Belə ki, 2024-cü ilin ilk rübündə ABŞ Mərkəzi Bankının funksiyasını yerinə yetirən Federal Ehtiyyatlar Sistemi (FES) siyasət faizini son 23 ilin ən yüksək səviyyəsi olan 5.25-5.50 faiz müəyyənləşdirib.

Bundan əlavə, Avropa Mərkəzi Bankı uçot dərəcəsini  4.5, İngiltərə Mərkəzi Bankı 5.25, Çin Xalq Bankı isə 3.45 faiz səviyyəsində sabit saxlayıb.

Qeyd edək ki, FES dollar, Avropa Mərkəzi Bankı avro,  İngiltərə Mərkəzi Bankı funt sterlinq, Çin Xalq Bankı isə yuanla bağlı qərar verir.

Vilayət Muxtar
“Cebhe.info”