8 əcnəbi vətəndaş əfv olundu

8 əcnəbi vətəndaş əfv olundu

Bu gün Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, 8 əcnəbi vətəndaş əfv edilib.

"Cebhe.info" xəbər verir ki, onlardan azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 8 nəfər əcnəbi cəzasının çəkilməmiş hissəsindən azad edilib.

Əfv edilənlərdən 5-i Əfqanıstan, 2-i Türkiyə, 1-i isə Rusiya vətəndaşıdır.

"Cebhe.info"