İsraildən Azərbaycandakı vətəndaşlarına xəbərdarlıq
İsrailin Xarici İşlər Nazirliyi Azərbaycan, Türkiyə, Ermənistan və Türkmənistanda olan vətəndaşlarına xəbərdarlıq edib.
"Cebheinfo.az" xəbər verir ki, xəbərdarlıq Nazirliyin rəsmi saytında yerləşdirilib.
İsrail vətəndaşlarına İran tərəfindən gələ biləcək təhlükələrə qarşı diqqətli və ehtiyatlı davranmağa çağırıb.
"Təhlükə vətəndaşlarla yanaşı, İsrailin dövlət rəmzlərinə qarşı da yönələ bilər", - açıqlamada deyilir.
"Cebheinfo.az"