Azərbaycanın uğur və qələbələrində gənclərin rolu

İSTİQAMƏT: 6.3.19. uşaq və gənclərin fiziki və mənəvi inkişafı
Hər bir dövlətin gələcəyi uşaq və gənclərin fiziki və mənəvi inkişafından asılıdır.
Sağlam gənclik gələcəyin güclü cəmiyyəti deməkdir. Bu baxımdan uşaq - gənclərin fiziki və mənəvi inkişafı dövlətin prioritet məsələsi olmalıdır. Bunun üçün ilk növbədə sağlam və təhsilli gənclərin yetişdirilməsinə ehtiyac var. Təhsilli və sağlam gənc həm də gələcəyin kadrıdır. Gənc kadrların yüksək vəzifələrə təyinatı Azərbaycanda bu məsələyə nə qədər önəm verildiyini göstərir.
Bunlarla yanaşı, gənclərin vətənpərvər ruhda yetişməsi də ciddi önəm kəsb edir. Vətənpərvərlik ruhu təkcə hərbi sahədə deyil, bütün dövlət qurumlarında, özəl sektorda, o cümlədən ayrı-ayrı sahələrdə çalışan hər kəs üçün ən önəmli faktor olmalıdır. Bu, həm də dövlətin müxtəlif platformalarda maraqlarının qorunması baxımdan önəmlidir. Dövlətin gənclərlə bağlı apardığı siyasət nünumə ola biləck səviyyədədir.
Bunun əyani formasını 44 günlük Vətən müharibəsində bütün dünya gördü. Prezident İlham Əliyev Şuşada çıxış edərkən demişdi:
“Müharibədə bütün nəsillərin nümayəndələri iştirak ediblər, qəhrəmanlıq göstəriblər. Amma hər kəs bilməlidir ki, əsas missiyanı mənim prezidentlik dövrümdə yetişən gənclər yerinə yetiriblər, 2003-cü ildə uşaq olan gənclər yerinə yetiriblər. İlk növbədə, biz onlara borcluyuq, bütün Azərbaycan xalqına borcluyuq. Bütün xalqımız bu Qələbəni yaxınlaşdırırdı və bütün amillər birləşərək bu müharibənin nəticələrini şərtləndirdi”.
Bu faktın özü dövlətin gənclər siyasətinin hansı dərəcədə uğurlu olduğunun göstəricisidir. Bu gün də gənclər siyasəti dövlətin prioritet məsələlərindədir.
Mövzu ilə bağlı Cebhe.info-ya danışan deputat Cavid Osmanov deyib ki, hər bir dövlətin, cəmiyyətin gələcəyi və inkişafı uşaqlar və gənclərdən asılıdır:
“Əgərə həmin cəmiyyətdə gənclik milli ruhda tərbiyə alıb böyüyübsə, yüksək təhsilə, dünyagörüçünə maliksə həmin dövlət və toplum ancaq inkişaf edib irəliyə doğru gedəcək. Bu mənada gənc nəslin düzgün tərbiyəsi, fiziki və mənəvi inkişafı, savadlı vətəndaş kimi böyüməsi və digər vacib amillər onların gələcəkdə cəmiyyətə inteqrasiyasında önəmli rol oynayır. Uşaq və gənlərimizin dövlətimizin inkişafındakı rolunu nəzərə alaraq onların bu sahəyə xüsusi diqqət və qayğı göstərir.
Uşaq və gənclərin milli mənəvi, fiziki, genişdünya görüşə və yüksək intellektə sahib nəslin yetişməsi məqsədi ilə dövlət tərəfindən xüsusi proqramlar qəbul olunaraq icra edilməkdərir. Bununla kifayətlənməyib uşaq və gənclərin cəmiyyətə faydalı, milli ruhda bir nəsil kimi yetişməsi istiqamətində maarifləndirici tədbirlər həyata keçirilir”.
Deputat qeyd edib ki, uşaq və gənc nəslin düzgün formada yetişməsinə ciddi maneə yaradan, ziyanlı problemlər də az deyil:
“Müasir informasiya texnologiyalarının sürətlə inkişafı nəticəsində müxtəlif sosial şəbəkə və platformalar, internetin yartadığı digər geniş imkanlar, narkotika, gənclərin xoşagəlməyən yollara cəlb edilməsi kimi məsələlər müasir dövrümüzün əsas problemlərindəndir. Ona görə də bu məsələdə valideyn və məktəb, dövlət qurumları, cəmiyyətin ən müxtəlif təbəqələri, xüsusən vətəndaş cəmiyyəti daha aktiv rol oynamalıdır. Vətəndaş cəmiyyətinin bu məsələdə müstəsna rolu və xidməti var.
Onlar bu istiqamətdə səy göstərirlər. Hesab edirəm ki, vətəndaş cəmiyyəti müvafiq dövlət qurumları ilə işlərini koordinasiya edilmiş şəkildə qurmaqla gələcəyimiz olan uşaq və gənclərin düzgün tərbiyə olunmasında, onların zərərli vərdişlərdən, hərəkətlərdən uzaq olmasında öz töhfəsini verə bilər”.
C.Osmanov əlavə edib ki, vətəndaş cəmiyyəti institutları bu məqsədlə ən cəlbedici kreativ ideyalar və təkliflərə çıxış edib, onları reallaşdıra bilər:
“Bu gün Azərbaycanın əldə etdiyi uğurlarda, dövlətin inkişafında, dünyada tanınmasında, ölkəmizin haqq səsinin beynəlxalq aləmə çatdırılmasında, ən əsası isə torpaqlaırmızın işğaldan azad olunub suverenliyimizin bərpasında gənclərimizin qəhrəmanlığı və əməyi danılmazdır. Bunu cənab Prezident öz çıxışlarında da dəfələrlə bəyan edib.
Azərbaycanın gələcək uğur və qələbələr əldə etməsində isə yenə də gənc nəslin müstəsna rolu olacaq. Xoş, firəvan gələcəyimiz uşaq və gənclərdən asılı olduğundan, onların milli-mənəvi ruhda tərbiyə almasına cəmiyyət olaraq hamımız diqqət yetirməliyik. Bu, hamımızın bir vətəndaşlıq və insanlıq borcu olmalıdır”.
QEYD: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Vilayət Muxtar
Cebhe.info