Arif Hacılı evə buraxıldı - "Səs-küydən uzaq olmalıdır"

Bir neçə gün əvvəl açıq ürək əməliyyatı olunan Müsavat Partiyasının başqanı Arif Hacılı xəstəxanadan evə buraxılıb.
Bu barədə Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı sherg.az-a məlumat verib. O diqqətə çatdırıb ki, A.Hacılının vəziyyəti normaldır:
"Amma əməliyyatdan sonrakı dövrdə bir müddət səs-küydən uzaq olmalı, sakit şəraitdə müəyyən dərman vasitələrini qəbul etməlidir. İnfeksiya, mikrob keçməsin deyə onunla ehtiyatlı davranmalıyıq. Hər şey yaxşıdır".
Cebhe.info