İmişlidə 33 yaşlı kişi bıçaqlanıb

İmişlidə 33 yaşlı kişi bıçaqlanıb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə İmişli şəhərində baş verib. Rayon sakini, 1992-ci il təvəllüdlü Cavadov Xanəhməd Ehtiram oğlu bədəninin müxtəlif nahiyələrindən kəsilmiş-deşilmiş xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdirilib.
Hadisənin kim tərəfindən törədildiyi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"