Gəncədə iki avtomobil toqquşub: Ölən var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib, ölən var.
"Report"un Qərb bürosunun məlumatına görə, şəhər ərazisində iki avtomobilin toqquşması nəticəsində, 1973-cü il təvəllüdlü L.İsmayılova müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
O, xəstəxanalardan birinə aparılan zaman yolda dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"