İstanbulda ağır yol qəzasında yaralananların sayı 40-a çatıb: Ölən var – YENİLƏNİB

Türkiyənin İstanbul şəhərində metrobusun dayanacaqdakı başqa bir metrobusa çırpılması nəticəsində yaralananların sayı 40-a çatıb.
“Report” “Haber Global”a istinadən xəbər verir ki, bu barədə İstanbul valisi Davut Gül bildirib.
Məlumata görə, bir nəfər ölüb. Xəsarət alanlardan ikisinin durumu ağırdır.
20:02
Türkiyənin İstanbul şəhərində metrobusun dayanacaqda dayanan başqa bir metrobusla toqquşması nəticəsində bir nəfər ölüb, 20 nəfər yaralanıb.
“Report” “Anadolu” ya istinadən xəbər verir ki, hadisə Beylikdüzü rayonunda qeydə alınıb.
Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.
Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.
Onlardan ikisinin durumunun ağır olduğu bildirilir.
"Cebheinfo.az"