Ağstafada qəza olub: 4 nəfər xəsarət alıb

Ağstafada qəza olub: 4 nəfər xəsarət alıb

Ağstafada yol nəqliyyat hadisəsi baş verib.

"Cebheinfo.az" xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətə olan iki minik maşını toqquşub. Qəza zamanı 4 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Xəsarət alanlar 2010-cu il təvəllüdlü Məmməd Nağıyev, 1986-cı il təvəllüdlü Təranə Vəliyeva, 2021-ci il təvəllüdlü Durdanə Vəlizadə və 2012-ci il təvəllüdlü Nuray Nağıyevadır.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"