A Seriyası: "Yuventus" qələbəni son anda əldən verdi

İtaliya A Seriyasında 36-cı turun matçları oynanılır.
"Cebheinfo.az" xəbər verir ki, turun ən maraqlı qarşılaşmalarından biri Romada baş tutub. Yerli "Latsio" "Yuventus"u qəbul edib.
İddialı komandaların qarşılaşması gərgin mübarizə ilə yadda qalıb. 51-ci dəqiqədə qonaqlar hesabı açıblar, lakin 9 dəqiqə sonra azlıqda qalıblar. Meydan sahibləri say üstünlüyündən yalnız 90+6-cı dəqiqədə yararlanıblar - 1:1.
Bu nəticədən sonra Turin klubu 64 xalla yarış cədvəlində 4-ci pillədə yer alıb. Eyni xala malik "Latsio" isə 5-ci yeri tutur.
https://t.me/siqnalxeber/1292?single
"Cebheinfo.az"