Şəkidə ağır qəza: Xəsarət alanlar var - YENİLƏNİB

Şəkidə ağır qəza: Xəsarət alanlar var - YENİLƏNİB

Şəkidə ağır yol qəzası zamanı xəsarət alanların kimliyi məlum olub.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, yük maşını və mikroavtobusun toqquşması nəticəsində Balakən rayon sakinləri - mikroavtobusun sürücüsü, 39 yaşlı Asif Gündüzzadə, 33 yaşlı Turqut Əliyev, 6 yaşlı K.Q, 64 yaşlı Eteri Ocaqverdiyeva, Şəki rayon sakinləri - yük avtomobilinin sürücüsü 38 yaşlı Elşən Məmmədov və 12 yaşlı Əli Məmmədli xəsarət alıblar.

Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

17:20

Şəki rayonunda yük maşını ilə mikroavtobus toqquşub, xəsarət alanlar var

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Şəki şəhəri Salman Mümtaz küçəsində qeydə alınıb.

Belə ki, “Ford” markalı yük maşını ilə “Mercedes Vito” markalı mikroavtobusun toqquşması nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, hadisə ilə bağlı araşdırmalara başlanılıb. 

"Cebheinfo.az"