Bunları heç vaxt yeməyin - SİYAHI

Bunları heç vaxt yeməyin - SİYAHI

Yay fəsli həm də pəhriz mövsümüdür.

Ancaq hətta ən ciddi pəhriz rejimi də bəzən insanı bir parça şokolad və ya tort yeməkdən çəkindirə bilmir. Pəhriz zamanı bəzən cazibədar bir parça şokolad və ya tort yeyə bilərsiniz. Bununla belə, bir sıra şirniyyatlar var ki, onları hətta normada istehlak etmək tövsiyə edilmir.

Cebhe.info onların siyahısını təqdim edir.

Süd kokteylləri

Əsl karbohidrat “bombası” krem və qaymaqlı kokteyldir. Bir stəkan təxminən 1500 kkal ehtiva edir. Tərkibində təkcə dondurma, krem, şərbət və şokolad deyil, həm də peçenye, meyvə ola bilər.

Müqayisə üçün bildirək ki, qadınlar üçün orta gündəlik kalori qəbulu 2000 kkal, kişilər üçün isə 2500 kkal təşkil edir.Belə bir yeməyin zərəri böyük kalorilsində, çox miqdarda şəkərdə, minimum faydalı vitamin və minerallardadır.

Vyana vafliləri

Təbii maddələrdən istifadə edərək evdə hazırlanan vaflilərdə heç bir təhlükə yoxdur. Krem və şokolad əlavə edilmədən hazırlanan məhsulun 100 qramında kalori miqdarı təxminən 490-dır. Təhlükə isə məhz mağazada vafli hazırlamaq üçün istifadə edilən palma yağındadır. Bir xörək qaşığı palma yağında 114 kkal və 14 q yağ var. Bu vafli niyə təhlükəlidir? Palma yağı yeməkdən sonra qanda xolesterinin səviyyəsi bir neçə dəfə artır. Bu, ürək-damar sistemi ilə bağlı problemlərə səbəb olur. Palma yağının tərkib hissəsi xərçəngin bütün bədənə yayılmasına kömək edir.

Bundan əlavə, emal edilmiş palma yağı olan məhsulların daimi istifadəsi qan laxtalanmasına və qan dövranı problemlərinə səbəb ola bilər.

Pəhriz zamanı qablaşdırmadakı etiketləri də diqqətlə oxumalısınız . Məhsulun üzərində "qismən hidrogenləşdirilmiş bitki yağları", "təmizlənmiş bitki yağları" kimi ifadələr olmamalıdır. Bütün bunlar məhsulun tərkibində trans yağların olduğunu göstərir.

Krem içlikli konfetlər

İçərisində zərif krem , üzərinə qoz qırıntıları səpilmiş şokoladlı konfetdən az adam imtina edər. Bununla belə, bu şirniyyatların çoxlu kalorisi var- 100 q məhsulda 550 ilə 630 kkal.

Məsələ ondadır ki, belə bir desert yeyərkən insanı dayandırmaq çox çətindir. Bir də görəcəksiniz ki, şirniyyat qutusunu tam boşaltmısınız. Digər problemlər qanda şəkərin səviyyəsinin çox yüksəlməsidir.

Desert

Tipik olaraq desertdə palma yağı və dadlandırıcı maddələr var. Bir desertin kalori miqdarı şəkərin tərkibindən asılı olaraq, 100 kkal ilə 300 arasında dəyişir və nahar və ya şam yeməyinə bərabərdir. Belə bir məhsulda təxminən 15 q şəkər var, bu, 3 çay qaşığı şəkər yeməyə bərabərdir.

Desertin tərkibində olan şəkər spirtləri tam parçalanmadığı üçün mədə-bağırsaq traktında problemlər yarada bilər. Qeyd edək ki, şirniyyatlar orqanizmə faydası olmayan boş kaloridir. Bundan dəridə problem yaranır, kariyes əmələ gəlir, dişlər məhv olur, mədəaltı vəzi xəstəlikləri yaranır və şəkərli diabetin inkişaf riski artır.

Desert üçün bir şey yemək istəyirsinizsə, bal, quru meyvələr, qara şokolad, marmelad və zefirə üstünlük vermək daha yaxşıdır. Ancaq yenə də miqdara diqət edib.

Xəzər
Cebhe.info