İsmayıllı-Lahıc yoluna tökülən qaya parçaları təmizlənib 

İsmayıllı-Lahıc yoluna tökülən qaya parçaları təmizlənib 

Sel suları nəticəsində gecə saatlarında İsmayıllı-Lahıc-Burovdal avtomobil yolunun 5 nöqtəsində yolun hərəkət hissəsinə lil və qaya parçalarının tökülməsi nəticəsində avtonəqliyyat vasitələrinin hərəkətində yaranmış məhdudiyyət aradan qaldırılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Cebhe.info-ya daxil olan məlumata görə, sözügedən yolda yaranmış problemlə bağlı əraziyə “5 N-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin xüsusi texnikaları və canlı qüvvəsi səfərbər olunub.

Gecə boyu səhər saatlarınadək aparılan təxirəsalınmaz tədbirlər nəticəsində sözügedən yol boyu avtonəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkəti təmin olunub.

Naibə
Cebhe.info