Neft Daşlarında dalğanın hündürlüyü 3,2 metrə çatıb - FAKTİKİ HAVA

Neft Daşlarında dalğanın hündürlüyü 3,2 metrə çatıb - FAKTİKİ HAVA

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Cebhe.info-ya bildirilib ki, iyunun 7-si saat 16:00-a olan məlumatına əsasən Naxçıvan, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Şəki, Qusar, Mingəçevir, Qrız, Şahdağda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Göygöl, Balakən, Şahdağ, Qrızda duman müşahidə olunub.

Qax rayonundan keçən Kürmükçayda gecədən başlayan sel hazırda davam edir.

Şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 16 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.2 metrə çatıb.

Havanın temperaturu hazırda Bakıda və Abşeron yarımadasında 24-29, Naxçıvan MR-da 27-29, dağlıq rayonlarda 12-14, Aran rayonlarında 20-25 dərəcə isti, yüksək dağlıq ərazilərdə 6 dərəcəyədək istidir.

Cebhe.info