Siyasilər qan verib?- SORĞU

Siyasilər qan verib?- SORĞU

Bu gün müsəlman aləmində Aşura günü qeyd olunur.

Azərbaycanda da Aşura günü ilə bağlı məscidlərdə mərasimlər təşkil olunur, bəzi küçələrdə su paylanılır və qanvermə aksiyası keçirilir. Qanvermə aksiyasında iştirak üçün xüsusi məntəqələr ayrılıb.

Maraqlıdır, qanvermə aksiyasında siyasət adamlarından kimlər iştirak edib?

"Cebhe.info"-ya açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı bildirib ki, o, bu gün oruc tutaraq borcunu yerinə yetirməyə çalışır:

"Qanvermənin şərtləri var. Bəzi xəstəlikləri keçirən şəxslər qan verə bilmirlər. Ona görə mənə qan vermək olmaz. Amma partiyamızdan qan verən şəxslər var. Aşura günü baş yarıb, sinə döyməkdənsə, qan vermək daha yaxşı olar. Amma mən Aşura günü ibadəti olaraq oruc tutmuşam".

VI çağırış Milli Məclisin deputatı Elman Nəsirov aksiyada iştirak etmədiyini söyləyib:

"Bu gün qanvermə aksiyasında iştirak etməmişəm. Gün ərzində iştirak edib-etməyəcəyimi isə dəqiq bilmirəm".

Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə deyib ki, gün ərzində aksiyada iştirak edəcək:

"Bundan əvvəlki dönəmlərdə qanvermə aksiyasında iştirak etmişik. Amma bu il elə dönəmə rast gəldi ki, hələ iştirak etməmişik. Amma iştirak etməyi düşünürük".

VI çağırış Milli Məclisin deputatı Aydın Hüseynov qanvermə aksiyasında iştirak etdiyini söyləyib:

"4 gün əvvəl Qaradağ rayonunda qanvermə aksiyası keçirildi. Mn özüm də bu aksiyada iştirak etdim. Yəni artıq iştirak etmişəm".

Naibə
"Cebhe.info"