Son 5 ildə Azərbaycanda insanlar arasında zoonoz xəstəliklərə yoluxma sayı 2,5 dəfə azalıb

Son 5 ildə Azərbaycanda insanlar arasında zoonoz xəstəliklərə yoluxma sayı 2,5 dəfə azalıb

Son 5 ildə Azərbaycanda insanlar arasında zoonoz xəstəliklərə yoluxan şəxslərin sayı 2,5 dəfə azalıb.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) fəaliyyətə başlamasının 5 illik yubileyi münasibətilə keçirilən tədbirdə bildirilib.

Qeyd edilib ki, heyvanların identifikasiyası və qeydiyyatı sistemi formalaşdırılıb və ölkə ərazisində mərhələli şəkildə həyata keçirililir.

Respublikada minimum tələblərə cavab verən heyvan kəsimi müəssisələrinin sayı 16-dən 106-ya çatdırılıb.

2018-2023-ci illər ərzində 3 240 adda baytarlıq preparatı dövlət qeydiyyatına alınaraq baytarlıq preparatlarının Dövlət Reyestrinə daxil edilib.

AQTA fəaliyyətə başladığı dövrdən idxal və ixrac sahəsində 33 ölkə ilə 88 baytarlıq sertifikatı forması qarşılıqlı razılaşdırılıb. İnsanlar arasında zoonoz xəstəliklərə yoluxan şəxslərin sayı 2,5 dəfə azalıb. Zoonoz xəstəliklərə yoluxan heyvanların ümumi heyvan sayında payı 5 faizdən 2,3 faizə qədər azalıb. Ölkədə ilk dəfə olaraq cari il yanvarın 19-da helikopterlə aidiyyəti qurumların mütəxəssislərinin iştirakı ilə ətyeyən vəhşi heyvanların məskunlaşdığı Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ və Oğuz rayonlarının 48 kəndətrafı və meşəlik sahəsinə aldadıcı yem vasitəsini səpələməklə peyvəndləmə tədbirləri həyata keçirilib.

Cebhe.info