Tahirzadə və Mirəlioğlu Tarix Muzeyinə eksponatlar hədiyyə etdilər

Tahirzadə və Mirəlioğlu Tarix Muzeyinə eksponatlar hədiyyə etdilər

Tarixçi-alim, professor Ədalət Tahirzadə və Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu Milli Azərbaycan Tarixi Muzeyini ziyarət ediblər.

Cebhe.info xəbər verir ki, bu barədə Milli Azərbaycan Tarixi Muzeyin icraçı direktoru, tarix üzrə fəlsəfə doktoru Fərhad Cabbarov məlumat verib.

Fərhad Cabbarov bildirib ki, hər iki ziyarətçi Muzeyə dəyərli eksponatlar hədiyyə ediblər:

"Ədalət bəy mərhum prezident Əbülfəz Elçibəyin öz əli ilə yazdığı tərcümeyi-halını muzeyə ərməğan etdi. Mirmahmud bəy isə Gültəkin ananın toxuduğu və 17 noyabr 1988-ci ildə Azadlıq meydanında ilk dəfə qaldırılan üçrəngli bayrağı, həmçinin Əbülfəz Elçibəyin xarici pasportunu hədiyyə etdi.

Hər üç materialın unikal tarixi əhəmiyyəti, dəyəri var. Bizə etimad göstərdiklərinə, görüş zamanı ünvanımıza deyilən xeyli xoş sözlərə görə hər iki ziyalımıza təşəkkür edirik. Tariximizə və tarixi şəxsiyyətlərimizə daim hörmətlə!"./sherg.az

Cebhe.info