COP29: Ölkələrin və beynəlxalq təşkilatların pavilyonlarında nələr var? – FOTOREPORTAJ
Azərbaycanda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) davam edir.
COP29-un artıq 4-cü günüdür. Qeyd edək ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyanın tərəf dövlətlərindən 80-ə yaxın dövlət və hökumət başçısı noyabrın 12 və 13-də COP29 çərçivəsində rəsmi tədbirlərdə iştirak ediblər.
“Cebheinfo.az” olaraq COP29-un 4-cü günündə Konfrans ölkələrinin pavilyonlarına baş çəkdik.
Müxtəlif ölkələrin pavilyonları ziyarətçilərin də marağına səbəb olub. Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Danimarka, Pakistan, Avstraliya, Polşa, Oman, Portuqaliya, Qana, Qvineya, İran, İndoneziya, İraq, İspaniya, İsrail kimi ölkələrlə yanaşı bir sıra beynəlxalq təşkilatların da pavilyonları fəaliyyət göstərir.
Avropa İttifaqı, Beynəlxalq Emissiya Ticarət Assosiasiyası, Beynəlxalq Frankofoniya Təşkilatı, Beynəlxalq İnkişaf Maliyyə Klubu, Beynəlxalq Kod Şurası, Beynəlxalq Miqrasiya Təşkilatı İqlim Dəyişmələri və İnsan Mobilliyi, Beynəlxalq Ticarət Mərkəzi, Beynəlxalq Valyuta Fondu və FT, Bərpa olunan Enerji Fəaliyyəti Pavilyonu və digər bir çox bu qəbildən olan pavilyonlar fəaliyyət göstərir.
Nümayəndə heyətləri bu pavilyonlarda ölkələrin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı çərçivəsində bu günə qədər alınan qərarlarla bağlı görülən işlər, eyni zamanda ölkəlrin yerli istehsalı olan məhsullarla bağlı ziyarətçilər məlumatlandırılır.
Beynəlxalq təşkilatlar isə biznes və investisya imkanları ilə bağlı müxtəlif mövzularda seminarlar keçirir, birgə əməkdaşlıq imkanları ilə bağlı müzakirələr aparılır.
Ölkələrin pvilyonlarında milli dəyərlərin də ön planda olduğunu görmək mümkündür. Daha çox texnoloji yeniliklərin, eyni zamanda bərpaolunan, geridönüş imkanları olan məhsul və qablaşdırmaların sərginləndiyi pavilyonlar ziyarətçilərin də diqqətini çəkir.
Bildirək ki, COP29 çərçivəsində akkreditasiyası olan bütün iştirakçılar bu pavilyonlara baş çəkmək, sərgilənən məhsul və xidmətlərdən yararlanmaq imkanına sahibdir.
Son məlumatlara görə, Azərbaycanda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) 72 mindən çox qonaq iştirak edir. Sonrakı gündələrdə bu rəqəmin daha da artacağı istisna edilmir.
Xatırladaq ki, tədbir 22 noyabra qədər davam edəcək.
Vilayət Muxtar
“Cebheinfo.az”