2 avtobus çaya yuvarlanıb: 62 nəfər itkin düşüb

2 avtobus çaya yuvarlanıb: 62 nəfər itkin düşüb

Nepalın Çitvan bölgəsində baş verən iki ayrı yol qəzasında iki avtobus torpaq sürüşməsi nəticəsində çaya yuvarlanıb. Nəticəsdə ümumilikdə 62 nəfər itkin düşüb.

"Cebhe.info"-nun  "The Kathmandu Post”-a istinadən qəzetinin məlumatına görə, Çitvan bölgəsinin rəsmilərindən İndradev Yadav paytaxt Katmandudan Gaur şəhərinə gedən 41 nəfərin olduğu avtobusun torpaq sürüşməsi nəticəsində çaya düşdüyünü deyib, 3 nəfərin isə avtobusdan tullanaraq xilas olduğunu bildirilib. 

Yadav Katmanduya doğru hərəkət edən 24 nəfərlik başqa bir avtobusun da eyni səbəbdən çaya düşdüyünü, itkin düşən 62 nəfərin axtarış-xilasetmə işlərinin davam etdiyini açıqlayıb.

Nigar Hacılı 
"Cebhe.info"