4 uşaq dondurucuda boğulub
Namibiyanın Katima Mulilo qəsəbəsində istifadə olunmayan dondurucuda 3-6 yaş arası uşaqların cəsədləri tapılıb.
"Cebheinfo.az" xəbər verir ki, Namibiya polisi Zambezi bölgəsinin şimal-şərqində boş, köhnə dondurucuda oynayan dörd uşağın ölümünü araşdırır.
Polis uşaqların oyun oynayarkən təsadüfən sıxışıb içəridə boğulduğunu düşünür, lakin araşdırma davam edir.
Dörd uşaqdan ikisinin dondurucuda boğularaq , digər ikisinin isə xəstəxanada müalicə olunarkən öldüyü bildirilir.
Zambezi regional polis komandiri Andreas Şilelo "Dondurucuda ancaq çöldən açıla bilən qarmaq var idi. Onlar təxminən saat yarım qapalı qaldılar və boğulublar",- deyib.
Nigar Hacılı
"Cebheinfo.az"