8 gün əvvəl Baş nazir olmuşdu: Bu gün parlamenti buraxdı

8 gün əvvəl Baş nazir olmuşdu: Bu gün parlamenti buraxdı

Yaponiyanın Baş naziri Şiqeru İşiba Nümayəndələr Palatasını buraxaraq oktyabrın 27-də ümumi seçki elan edib. 

“Cebheinfo.az” “Kyodo”-ya istinadən xəbər verir ki, İşiba bu qərarı vəzifəyə gəldikdən 8 gün sonra verib.

"Mən birbaşa ictimai dəstək əldə etmək üçün Palatanı buraxmaq qərarına gəldim. Çünki Yaponiyanı və onun xalqını qorumaq üçün hökumətin idarəçiliyinə davam etməyimiz çox vacibdir",-deyə Baş nazir bildirib.

Rəsmi seçki kampaniyası oktyabrın 15-də başlayır. Müxalifət lideri Yoşihiko Noda İşibanı diqqəti LDP üzvlərinin gizli maliyyələşdirilməsi ilə bağlı korrupsiya qalmaqalından yayındırmaqda ittiham edib. Bununla belə, İşiba ölkənin və xalqın maraqlarını qorumaq üçün seçkinin zəruri olduğunu vurğulayıb.

Müşahidəçilər qeyd edirlər ki, müxalifət parçalanmış vəziyyətdədir və bu, hakim partiyaların “əlinə oynayır”.

Xəzər
“Cebheinfo.az”