ABŞ-dan İrana yeni təhdid
ABŞ-ın təyyarədaşıyan gəmisi Körfəz sularına daxil olub.
Cebhe.info “Azad İran”-a istinadən xəbər verir ki, ABŞ-ın Mərkəzi Komandanlığına (CENTCOM) aid olan “Dwight Eisenhower” təyyarədaşıyan gəmisi dünən axşam “Hörmüz” boğazından keçərək İran körfəzinə daxil olub.
Məlumata görə, təyyarədaşıyan gəminin missiyası CENTCOM-un bölgədəki öhdəliklərini yerinə yetirmək və beynəlxalq su yollarında naviqasiya azadlığının təmin edilməsidir.
“Təyyarədaşıyan gəmi "Eisenhower" idarə olunan raket kreyseri, idarə olunan raket esminesi “Gravelly” (DDG 107), “USS Statham” esminesi (DDG 63) və Fransız döyüş gəmisi “Frigga Languedoc” (D 653) tərəfindən müşayiət olunur", - CENTCOM-un məlumatında qeyd edilib.
Yunis Abdullayev
Cebhe.info