ABŞ hərbi kontingentinin bir hissəsini Çaddan çıxaracaq

ABŞ hərbi kontingentinin bir hissəsini Çaddan çıxaracaq

ABŞ hərbi kontingentinin bir hissəsini Çaddan çıxaracaq.

Bu barədə Pentaqonun mətbuat katibi Patrik Rayder bildirib.

Onun sözlərinə görə, bu, müvəqqəti tədbirdir.

"Bu addım mayın 6-da Çadda keçiriləcək prezident seçkilərindən sonra bərpa olunacaq hərbi əməkdaşlığımızın yenidən nəzərdən keçirilməsinin bir hissəsidir", - Pentaqonun sözçüsü qeyd edib.

"Cebhe.info"