Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər

Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər

Gəncədəki Aleksandr Nevski adına Rus Pravoslav kilsəsində Pasxa bayramı qeyd olunub.

"Report"un məlumatına görə, bölgədə yaşayan pravoslavlar dini inanclarına görə İsa Məsihin çarmıxa çəkilməsindən üç gün sonra dirilməsini qeyd ediblər.

Bayram münasibətilə icra edilən ayinlərdən öncə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin pravoslavlara ünvanladığı təbrik məktubu oxunub. Daha sonra vacib sayılan bir sıra dini ayinlər icra edilib, şamlar yandırılıb, dualar oxunub.

Qeyd edək ki, "Pasxa"dan sonra 50 günlük "Pasxa fəsli" adlı dövr başlanır. Həmin dövr isə Müqəddəs "Üçlük Günü" ilə başa çatır.

"Cebhe.info"