Pasxa bayramının vazkeçilməzi: Onu elə yemək lazımdır ki...

Pasxa bayramının vazkeçilməzi: Onu elə yemək lazımdır ki...

Xristianlar Pasxa bayramını qeyd edir.

Bayram süfrəsinin vazkeçilməzi olan bəzəkli kuliçlər isə göz oxşayır.

Amma onları da yeməyin öz qaydası var. Bu qaydaya əməl olunmasa, səhhəttinizdə problem yarana bilər.

“Cebhe.info” xəbər verir ki, rusiyalı  endokrinoloq Zöhrə Pavlova izah etdi ki, karbohidratla zəngin Pasxa kuliçlərini qaydasında yemək orqanizmə zərər verməz.

Həkim Pasxa tortlarını "ənənəs və pravoslav mədəniyyətinin mühüm tərkib hissəsi" adlandırıb. Pavlova ilk növbədə mağazalardakı Pasxa tortlarını diqqətlə seçməyi və ya evdə bişirməyi, daha az şəkər və az yağlı süd əlavə etməyi məsləhət görüb.

O, “Telegram” kanalında yazıb:

“Karbohidratla zəngin çörək məhsulları yüksək həzm olunan zülalla birləşərək qanda qlükoza artımını ləngidir və yağların yığılmasına o qədər də kömək etməyəcək”.

Mütəxəssis eyni zamanda Pasxa tortu yemək normasını da açıqlayıb:

“Təxminən 100-150 q həddindən artıq yemək pəhriz tutanlar üçün xüsusilə təhlükəlidir. Bu, şişkinliyə və köpə səbəb ola bilər".

Bundan əlavə, o, insanları Pasxa tortlarını bəzəməkdən imtinaya çağırıb:

"Bişmiş məhsulları eyni quru meyvələr və ya təzə giləmeyvə ilə bəzəmək daha yaxşıdır".

Xəzər
“Cebhe.info”