Şərqi Asiya istidən “bişir”

Şərqi Asiya istidən “bişir”

İqlim dəyişikliyindən ən çox təsirlənən bölgələrdən biri olan Şərqi Asiyada temperatur 48 dərəcəyə çatıb.

"Cebhe.info" xəbər verir ki, günvurma hallarının sürətlə artdığı region ölkələrində kənd təsərrüfatı məhsullarına ziyan dəyib, quraqlıq müşahidə olunur.

Myanmanın Çauk şəhərində həftəsonu havanın temperaturu 48,2 dərəcəyə çatıb.  Bir çox göllərdə və bəndlərdə suyun səviyyəsi demək olar ki, yarıya enib.

Taylandın bir çox yerində havanın temperaturu həftə ərzində 40 dərəcədən yuxarı qalxıb və ən azı 30 nəfər ölüb.

Banqladeş və Yaponiya da 1898-ci ildən bəri ən isti apreli yaşadıqlarını açıqlayıblar.

İndoneziya bəyan edib ki, həddindən artıq istilər səbəbindən insanlara arasında “danq qızdırması”  yayılıb.

Vyetnamda bəndin quruması nəticəsində yüz minlərlə balıq ölüb.

Nigar Hacılı 
"Cebhe.info"