ABŞ Yaponiyada “F-35A” qırıcıları yerləşdirəcək

ABŞ Yaponiyada “F-35A” qırıcıları yerləşdirəcək

ABŞ 2026-cı ilin yazında “F-35A” qırıcılarını Yaponiyanın şimalında yerləşdirməyə hazırlaşır.

"Cebheinfo.az" xəbər verir ki, Çinin Hind-Sakit okean regionunda artan nüfuzu qarşısında ABŞ Şərqi Asiyadakı müttəfiqi Yaponiyanın hərbi aktivlərini modernləşdirir.

Yaponiyanın “Kyodo” agentliyinin dövlət mənbələrinə istinadən verdiyi xəbərə görə, ABŞ ordusu 2026-cı ilin yazında Yaponiyanın “Misava” aviabazasına “F-35A” döyüş təyyarələri yerləşdirəcək.

Hərbi aviasiya vasitələrinin yerləşdirilməsi çərçivəsində aviabazada dəstək qurğuları, o cümlədən anqarlar da yenilənəcək.

Xatırladaq ki, ABŞ Müdafiə Nazirliyi iyul ayında “Misava” aviabazasınadan istifadə müddəti bitmiş və çıxması planlaşdırılan 36 “F-16” döyüş təyyarəsinin yerinə 48 “F-35A”-nın gətiriləcəyini açıqlamışdı.

Nigar Hacılı 
"Cebheinfo.az"