Aİ Rusiyaya daha bir zərbə vurmağa hazırlaşır

Aİ Rusiyaya daha bir zərbə vurmağa hazırlaşır

Avropa İttifaqı (Aİ) Komissiyasının rəhbəri Ursula Fon der Lyayen, iki həftə ərzində Rusiyadan bütün qalıq yanacaq idxalını dayandırmaq üçün konkret tədbirləri ehtiva edən “yol xəritəsi” təqdim edəcəklərini söyləyib.

“Cebheinfo.az” xəbər verir ki, Ursula Fon der Lyayen Londonda Beynəlxalq Enerji Agentliyi (IEA) və Britaniya hökuməti tərəfindən təşkil edilən Enerji Təhlükəsizliyinin Gələcəyi Sammitinin açılışında çıxış edib.

Aİ ilə Böyük Britaniya arasında enerji sahəsində əməkdaşlığın həyati əhəmiyyət kəsb etdiyinə diqqət çəkən Ursula Fon der Lyayen, işlərini Şimal dənizində külək enerjisi, hidrogen və karbonun tutulması və saxlanması kimi sahələrə yönəltdiklərini, lakin tənzimləyici çərçivədəki əminliyin qaynaqlar qədər vacib olduğunu bildirib.

Ursula Fon der Lyayen deyib ki, etibarlı və sərfəli enerji iqtisadiyyatların can damarıdır, milli təhlükəsizliyin əsasını təşkil edir, sənaye və iqtisadi rəqabət qabiliyyətini qoruyur.

Rusiya-Ukrayna müharibəsindən əvvəl Aİ qazının 45 faizini, kömürünün 50 faizini və neftinin üçdə birini Rusiyanın təmin etdiyini xatırladan Ursula Fon der Lyayen, "Onilliklər ərzində enerji asılılığının xərclərini dərk edə bilmədik", - deyə qeyd edib.

Ursula Fon der Lyayen Rusiya müharibə zamanı təbii qazı dayandıraraq Avropaya həddindən artıq asılılıqdan istifadə etməyə çalışıb, lakin buna nail ola bilməyib.

Ursula Fon der Lyayen Aİ-nin enerji təchizatını şaxələndirdiklərini, təmiz enerji transformasiyasını sürətləndirdiklərini, Rusiyadan qaz idxalını 45 faizdən 18 faizə, neft idxalını onda bir düşürdüklərini və kömür alışını dayandırdıqlarını bildirib.

O, enerji sektorunda hələ görüləsi çox şey olduğunu bildirib:

"İki həftə ərzində Rusiyadan bütün qalıq yanacaq idxalını mərhələli şəkildə dayandırmaq üçün konkret tədbirləri özündə əks etdirən bir “yol xəritəsi” təqdim edəcəyik. Bu yolla, enerji ehtiyaclarımız üçün düşmən gücə güvənmək məcburiyyətində qalmayacağıq".

Enerji böhranı zamanı Aİ-nin təbii qaz təchizatı ilə bağlı Ursula Fon der Lyayen, "Böhran zamanı ABŞ-nin ehtiyac duyduğumuz anda dərhal mayeləşdirilmiş təbii qazla (LNG) addım atdığını unutmadıq. ABŞ-dən LNG idxalı da daxil olmaqla enerji tərəfdaşlığı Aİ üçün strateji əhəmiyyət kəsb edir" deyib.

Bərpa olunan mənbələrin Aİ-nin enerji qarışığında 47 faiz paya sahib olduğunu qeyd edən Ursula Fon der Lyayen, təmiz enerji və elektrik şəbəkələrinə sürətlə investisiya qoymağa davam edəcəklərini qeyd edib.

Nigar
“Cebheinfo.az”