AKP-nin ən çox səs topladığı şəhərlər - SİYAHI

AKP-nin ən çox səs topladığı şəhərlər - SİYAHI

Türkiyədə keçirilən bələdiyyə seçkilərinin ardından bəzi göstəricilər diqqət çəkir.

“Cebhe.info” xəbər verir ki, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) ilk dəfə  seçkidə məğlub olması əsas diqqətçəkən məqamlardandır.

AKP-nin bəzi şəhərlərdə səs faizlərinin azalması da müşahidə olunub. Üstəlik, hakim partiyanın sadəcə 3 şəhərdə 50 faiz həddini keçə bilməsi də gözləntilərin doğrulmadığını göstərib. Belə ki, müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasının (CHP) əvvəllər AKP-nin "qalası" hesab edlən bəzi şəhər və səmtlərdə artıq səs toplaması vəziyyəti dəyişib.

Bəs AKP ən çox hansı şəhərlərdə səs toplayıb?

AKP ən çox səsi partiya sədri, Prezident Rəcəb Tayyib Ərdoğanın məmləkəti Rizədə toplayıb. Belə ki, hakim partiya Rizədə 54,70 faiz səs qazanmağa nail olub. Bu, sözügedən partiyanın son seçkidəki ən yüksək göstəricisidir. AKP-nin 50 faiz həddini keçdiyi digər şəhərlər isə Trabzon (51,49) və Ərzurum (50,39) olub.

Elmir Mustafa
“Cebhe.info”