Almaniyanın müdafiə naziri: “Ukrayna “Taurus” raketlərini boş yerə gözləyir"

“Ukrayna “Taurus” raketlərini boş yerə gözləyir”.
Cebhe.info “RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius deyib.
O bildirib ki, Almaniya Ukraynaya hərbi dəstəyi davam etdirəcək:
“Amma biz Kiyevə “Taurus” raketlərini verməyəcəyik”.
Berlinin bu gün Kiyevə yeni hərbi yardım paketini elan edəcəyi gözlənilir.
Qeyd edək ki, B. Pistorius Ukraynada səfərdədir.
Cebhe.info