Amerikalı senatordan ilginc fikirlər: “Rusları öldürmək...”

Amerikalı senatordan ilginc fikirlər: “Rusları öldürmək...”

“ABŞ-ın Ukraynadakı xərcləri düzgün investisiyadır”.

Cebhe.info xəbər verir ki, bunu ABŞ senatoru Lindsi Qrem deyib.

Məlumata görə, mayın 26-da Kiyevdə Ukrayna Prezidenti V.Zelenski ilə Cənubi Karolina ştatının respublikaçı senatoru Lindsi Qrem arasında görüş keçirilib. Görüş barədə məlumatı Vladimir Zelenskinin mətbuat xidməti yayıb.

Zelenski senatora Ukrayna ordusunun müdafiə qabiliyyətinin gücləndirilməsinə verdiyi töhfəyə görə təşəkkür edib. Buna cavab olaraq Qrem deyib:

"Ruslar ölür. Biz heç vaxt pulu bu qədər uğurla xərcləməmişdik".

Amerika və Rusiyada internet istifadəçiləri artıq buna reaksiya veriblər. Onlar bu cür bəyanatlardan hiddətlənirlər.

Xəzər
Cebhe.info