Ana və qızının ilginc tapıntısı 

Ana və qızının ilginc tapıntısı 

Ana və yeniyetmə qızı metal detektorlarla axtarış zamanı Norveçin şimalında maraqlı tapıntıya imza atıblar.

Cebhe.info “Miami Herald”-a istinadən xəbər verir ki, onlar konkret bir şey axtarmırdılar, lakin Vikinq dövrünə aid artefaktla rastlaşdılar.

“Məktəbli Elin və anası Hanna peşəkar arxeoloqlarla birlikdə Bolseya ərazisini kəşf ediblər”, -deyə Mere Romsdal Bələdiyyəsi bildirib.

Elinin metal detektoru ona aşağıda gizlənmiş bir şey barədə xəbərdarlıq edərək siqnal verib. Torpağı qazarkən o, qaralmış dəmir parçası tapıb. Fotoşəkillərdə qəhvəyi rəngli düzbucaqlı artefakt görünür.

Arxeoloqlar bu əşyanın Vikinq dövrünə aid içi boş baltanın bir hissəsi olduğunu müəyyən ediblər. Fraqmentin yaşı məlum deyil.

Arxeoloqlar xəndək qazmaq və elektrik kabeli çəkmək üçün ərazidə qazıntı işləri aparırlar. İndiyə qədər paslı mismarlar, pərçimlər, təxminən 150 illik İsveç sikkəsi, 18-ci və ya 19-cu əsrlərə aid müşket gülləsi tapılıb.

Bolseia Oslodan təxminən 290 mil şimal-şərqdə, Mere Romsdal bölgəsində kiçik bir adadır.

Xəzər
Cebhe.info