Andrey Yermak: İrana qarşı sanksiyaların tətbiqi kifayət deyil

Andrey Yermak: İrana qarşı sanksiyaların tətbiqi kifayət deyil

Rusiyaya ballistik raket tədarük etdiyi üçün İrana qarşı sanksiyaların tətbiqi kifayət deyil.

Bunu Ukrayna Prezident Ofisinin başçısı Andrey Yermak bildirib.

Onun sözlərinə görə, İrana qarşı sanksiyalar yetərli deyil, Ukraynaya Rusiyanı vurmaq üçün uzaqmənzilli silah lazımdır.

ABŞ-nin dövlət katibi Antoni Blinken bir müddət əvvəl bildirib ki, bütün xəbərdarlıqlara baxmayaraq, İran raketlərini Rusiyaya çatdırıb:

“Rusiya yaxın həftələrdə onları Ukraynaya qarşı istifadə edə bilər. ABŞ yaxın vaxtlarda İrana qarşı sanksiyalar elan etməyi planlaşdırır”.

"Cebheinfo.az"