Araikin “nazir” olan əmisi oğlu Laçın postunda saxlanıldı
Qondarma rejimin sabiq “prezident”i Arayik Arutyunyanın əmisi oğlu, ləğvetməyə qədər separatçı qurumda “dövlət naziri” “vəzifə”sində çalışan Artur Arutyunyanın “Laçın” sərhəd-keçid məntəqəsində saxlanıldığı bildirilir.
Cebhe.info xəbər verir ki, bu barədə erməni “Telegram” kanalları məlumat yayıb.
Xatırladaq ki, sentyabrın 20-də separatçıların silahı yerə qoymasından sonra Qarabağ ermənilərinin nümayəndəsi qismində A.Arutyunyan Azərbaycanla danışıqların keçirilməsi üçün Yevlaxa buraxılmamışdı. Onun barəsində axtarışın elan olunduğu bildirilmişdi.
Bildirək ki, Araikin əmisi oğlu olan A.Arutyunyan “Qarabağ klanı”nın üzvü olmaqla yanaşı, bölgədə biznes fəaliyyətləri ilə məşğul olan iş adamı kimi də tanınırdı. Onun geniş biznes imperiyasına malik olduğu iddi edilir.
Cebhe.info