Argentinada kütləvi tətil

Argentinada əməkhaqlarının artırılmasını tələb edən həmkarlar ittifaqları ilə hökumət rəsmiləri arasında aparılan danışıqlar nəticəsiz qalıb.
"Cebhe.info" xəbər verir ki, bu hadisələrdən sonra ölkədəki Ümumi Əmək Konfederasiyası (CGT) dünən 24 saatlıq ümumi tətilə çağırıb.
Hava nəqliyyatı personalı ilə yanaşı, müxtəlif sektorlardan olan işçilər də bu çağırışı dəstəkləyiblər.
Səhər saatlarından başlayaraq, paytaxt Buenos-Ayres başda olmaqla bir çox şəhərdə işçilər ümumi tətilə başlayıblar.
Tətil səbəbindən 331 milli və beynəlxalq reys ləğv edilib, 24 min sərnişin hava limanlarında qapalı qalıb.
Digər tərəfdən, Argentina Respublikası Təhsil İşçiləri Konfederasiyasının (CTERA) verdiyi açıqlamada tətildə təhsil işçilərinin də iştirak etdiyi bildirilib.
Qeyd edək ki, Argentinada inflyasiya yüzdə 254 faiz yüksəldikdən sonra müxtəlif sektorlardan olan minlərlə insan maaşlarının artırılmasını tələb etmək üçün tez-tez küçələrə çıxır.
Nigar Hacılı
"Cebhe.info"