Argentinadakı etiraz aksiyalarında 12 nəfər saxlanılıb

Cənubi Amerika ölkəsi Argentinada Xavyer Miley hökumətinə qarşı keçirilən etiraz aksiyalarında 12 nəfər saxlanılıb.
"Cebhe.info" xəbər verir ki, yüzlərlə insan paytaxt Buenos-Ayresdəki 9 İyun Bulvarında toplaşaraq hökumətin iqtisadi siyasətlərinə reaksiya verib.
Nümayişlər zamanı baş verən insidentlər nəticəsində təhlükəsizlik qüvvələri 12 nəfəri saxlayıb, yaralananlar var.
İzdiham qrupları daşıdıqları plakat və pankartlarda Milei hökuməti əleyhinə şüarlar səsləndiriblər.
Polis onlara daşla hücum edən etirazçılara gözyaşardıcı qaz və təzyiqli su ilə cavab verib.
Digər tərəfdən Argentinanın "Telesur" müxbiri Santiago Corei verdiyi açıqlamada, həmkarlarından biri olan "Cronico" televiziyasının müxbiri Dieqo Ricciardinin üzündən rezin güllə ilə vurulduğunu bildirib.
Sosial şəbəkələrdə əks olunan görüntülərdə etirazçıların polis tərəfindən saxlanıldığı əks olunub.
Qeyd edək ki, Argentinada Milei prezident seçkilərində qələbə qazandıqdan sonra solçu qruplar və həmkarlar ittifaqları tərəfindən tez-tez etirazlara məruz qalır.
Nigar Hacılı
"Cebhe.info"