Argentinanın sabiq prezidentinə verilən 6 il həbs cəzası təsdiqlənib
Argentinanın keçmiş prezidenti Kristina Fernandez de Kirşnerə verilən 6 il həbs cəzası və dövlət vəzifəsindən daimi qadağa Ali Məhkəmə tərəfindən təsdiqlənib.
"Cebheinfo.az" xəbər verir ki, 2007-2015-ci illər arasında ölkəni idarə edən Kirşner “Yolların İdarə Olunması Davası” kimi tanınan dövlət tenderlərində korrupsiyaya görə aldığı 6 illik həbs cəzası təsdiqləndikdən sonra bu qərara reaksiya verib.
Paytaxt Buenos Ayresin Moreno qəsəbəsində qadınlarla görüşən Kirşner bu cəzanın qadın olduğu üçün verildiyini müdafiə edib.
Keçmiş prezident Kirşner, "Qadın olanda hər şey 20 dəfə çətinləşir. Əgər məni nəyəsə görə cəzalandırırlarsa, bu, təkcə etdiklərimə görə deyil, həm də qadın olduğuma görədir. Bir qadınla mübahisə etməyə dözə bilmirlər və onu haqlı saymırlar” deyib.
Digər tərəfdən, qərar təsdiqlənməmişdən əvvəl məhkəmə qarşısına toplaşan Kirşner tərəfdarları keçmiş prezidentə dəstək nümayiş etdiriblər.
Nigar Hacılı
"Cebheinfo.az"