Avtobusa silahlı hücum: 8 ölü
Nigeriyanın Taraba əyalətində sərnişin avtobusuna silahlı basqın edilib.
"Cebheinfo.az" xəbər verir ki, yerli mətbuatda yayılan xəbərlərə görə, naməlum silahlı şəxslər Taraba əyalətində Takum-Vukari magistral yolunda sərnişin avtobusuna silahlı hücum ediblər.
Hücum nəticəsində 8 nəfər ölüb, çoxlu sayda insan yaralanıb. Qeyd edək ki, Nigeriya uzun müddətdir ölkənin müxtəlif bölgələrində silahlı dəstələrin, həmçinin Boko Haram və İŞİD-in Qərbi Afrika qolu olan ISWAP terror təşkilatlarının hücumları ilə üzləşir.
Nigar Hacılı
"Cebheinfo.az"