Azərbaycanla sərhəddəki kəndlərin rəhbərləri istefa verir

Azərbaycanla sərhəddəki kəndlərin rəhbərləri istefa verir

Tavuş vilayətinin Kirants kəndinin administrasiyasının rəhbəri Kamo Şahinyan istefaya getməyə hazırlaşdığını bildirib. 

“Cebhe.info” “Armenian News-NEWS.am”-a istinadən xəbər verir ki, o, bu barədə kənd administrasiyasına toplaşan vətəndaşlara məlumat verib.

Səbəb Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın hökumət binasında Noyemberyan meri ilə Bağanis, Əskpara, Kirants və Berkaber kəndlərinin inzibati rəhbərləri ilə dünənki görüşünün uğurlu olmamasıdır.

Hökumət nümayəndələri icma liderlərinin təklifi ilə razılaşmayıblar. Əldə olan məlumata görə, istefaya getməyi planlaşdıran təkcə Kamo Şahinyan deyil. Oxşar qərarı birbaşa Azərbaycanla sərhəddəki bütün kəndlərin rəhbərləri də qəbul ediblər. 

Xəzər
“Cebhe.info”