Mövsümi dəyişikliklər: İnsana necə təsir göstərir?

Mövsümi keçidlər zamanı baş verən hava dəyişiklikləri insanların psixologiyasına da mənfi təsir göstərir.
Xüsusilə yaz və payız aylarına keçid zamanı bu, depressiya ilə müşahidə olunur. Depressiyaya meyilli şəxslər bu dövrdən daha çox təsirlənə bilər. Bəzi ehtiyat tədbirləri görərək yaz depressiyasından qorunmaq mümkündür.
Yaz depressiyası zamanı şəxslərdə bir sıra əlamətlər müşahidə edilir:
1 .Ümidsizlik, günahkarlıq, dəyərsizlik hissləri
2. Zəiflik, enerji itkisi və ya gündəlik işlərə marağın itməsi, performansın azalması
3. Qıcıqlanma, asanlıqla ağlama, narahatlıq və qorxu
4. İştahın və yuxu rejiminin pozulması
5. Unutqanlıq və qərar verməkdə çətinlik
6. Uzun müddətli fiziki şikayətlər və müalicəyə cavab verməyən ağrılar
7. İntihar düşüncələri, intihar planı və ya cəhdi.
Yaz depressiyasından xilas olmaq üçün həyat tərzinizi düzgün tənzimləməlisiniz.
Bunun üçün aşağıdakı ardıcıllığa diqqət etməlisiniz:
1. Günə nizamlı yuxu ilə başlayın
*Təbiətdəki dəyişikliklərə ayaq uydurmaq üçün müntəzəm yuxu vacibdir. Bu yolla orqanizmin biologiyası nizama salınır. Erkən yatmaq, tez oyanmaq və hər gün eyni vaxtda yatmaq yorğunluğu və stressi azalda bilər.
2. İdmana və ya gəzintiyə vaxt ayırın
*Hər gün yarım saat idman etmək və ya açıq havada gəzmək xoşbəxtlik hormonu kimi tanınan serotoninin ifrazını artırır. Onun çatışmazlığında depressiya, yorğun və aşağı əhval-ruhiyyə müşahidə olunur.
3. Bol su için
*Kofeinli içkilərin və spirtin azaldılması, gündə orta hesabla 2,5 litr su içilməsi, təzə meyvə şirəsi və bitki çaylarının qəbulu narahatlığı azaldır və depressiyaya düşmüş əhval-ruhiyyəni yaxşılaşdırmağa kömək edir.
3. Stressi azaldan fəaliyyətlərlə məşğul olun
*Bu dövrdə stresli mühitlərdən mümkün qədər uzaq durmaqda fayda var. Stressli və narahat mühitlər yazda dəyişən əhval-ruhiyyəni depressiyaya çevirə bilər. Açıq və yaşıl ərazilərdə vaxt keçirə, gəzintiyə çıxa və sevimli məşğuliyyətlərlə məşğul ola bilərsiniz.
4. Sağlam qidalanın və çəki nəzarətinə diqqət yetirin
*Balanslı və nizamlı qidalanmaq, mövsümi tərəvəz və meyvələrdən istifadə etmək həm ruhi, həm də fiziki sağlamlıq üçün faydalıdır. Konservləşdirilmiş hazır qidalardan uzaq durmaq və omeqa 3 ilə zəngin qidaları yemək mövsümi depressiyanın qarşısını almaq lazımdır. Artıq çəkisi olan şəxslər də bu dövrdə diqqətli olmalıdırlar. Buna görə pəhrizə diqqət yetirməli və lazım olduqda mütəxəssis dəstəyi almalıdır.
Naibə
"Cebhe.info"