Baş Qərargah rəisi: "Hərbi qarşıdurma olarsa..."

Baş Qərargah rəisi: "Hərbi qarşıdurma olarsa..."

"Əgər yaxın gələcəkdə bəzi terror qrupları istisna olmaqla, böyük bir müharibədə kiminləsə potensial olaraq qarşılaşsaq, bu Rusiya olacaq".

Cebhe.info xəbər verir ki, bunu Çexiya Ordusunun Baş Qərargah rəisi Karel Rzeka bildirib.

Onun fikrincə, NATO-nun şərq cinahında, Çexiya ərazisindən kənarda müharibə baş verərsə, bu, dərhal Çexiyaya təsir edəcək:

"Hərbi qarşıdurma olarsa, təkcə peşəkar ordunun qüvvələri kifayət etməyəcək, bütün cəmiyyət buna qoşulmalı olacaq, “insan və texnikanın qismən səfərbərliyi” həyata keçiriləcək", - deyə o mümkün səfərbərlik ehtimalının olduğunu da dilə gətirib.

Naibə
Cebhe.info