Bayden: “Pol Uilanın azad edilməsi üzərində işləməyə davam edirik”

Bayden: “Pol Uilanın azad edilməsi üzərində işləməyə davam edirik”

ABŞ hökuməti Rusiyada casusluqda təqsirli bilinən Pol Uilanı unutmayıb və onun azadlığa buraxılması üçün işlərini davam etdirir.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden bildirib.

“Biz Polun azad edilməsi üçün yaxşı niyyətlə danışıqlara davam edəcəyik”, - o deyib

Qeyd edək ki, bir müddət əvvəl CNN Rusiya həbsxanasında saxlanılan basketbolçu Britni Qraynerin ABŞ-da həbsdə olan rusiyalı biznesmen, məşhur silah baronu Viktor But ilə dəyişdirilməsi barədə məlumat yaymışdı.

Cebhe.info