Bayden yenə Putinə “tiran” dedi

Bayden yenə Putinə “tiran” dedi

Amerika Prezidenti Co Bayden növbəti dəfə Rusiya prezidenti Vladimir Putini “qəddar tiran” adlandırıb.

“Ukraynada Amerika əsgərləri yoxdur və mən bunu belə saxlamaqda qərarlıyam. Amma biz Ukraynanın tərəfindəyik və onu dəstəkləməyə davam edəcəyik. Uzun illər tanıdığım bir insana, qəddar tirana qarşıyıq. Biz geri çəkilə bilmərik və geri çəkilməyəcəyik”, - Bayden Vest Point-də ABŞ hərbi akademiyasının məzunları qarşısında çıxışı zamanı deyib.

“Cebhe.info” xəbər verir ki, onun sözlərinə görə, Putin guya NATO-nun parçalanacağına əmindir. Bayden 2021-ci ildə Cenevrədə Rusiya lideri ilə görüşünü də xatırladıb. Sonra Ağ Evin rəhbəri Putinə deyib ki, əgər o, Ukraynanın neytrallığını istəsə, sonda bütün Avropanın “natolaşmasına” nail olacaq.

Bayden bundan əvvəl Putini “ölümcül diktator” və “əsl quldur” adlandırıb. Rusiya Prezidenti Putin isə bir zarafatı xatırladaraq, Baydenə cansağlığı arzulayıb:

“Öz adını başqasına qoyma”.

Baydenin Rusiya Prezidentinə qarşı dəfələrlə qeyri-diplomatik ifadələri narahatlıq yaradır. Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib ki, Putin amerikalı həmkarının səviyyəsinə enməyəcək. Kreml nümayəndəsi qeyd edib ki, həmkarlarına ünvanlanan müxtəlif təhqirlər dövlət başçısına yaraşan ifadə deyil.

Xəzər
“Cebhe.info”